Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə evlər yararsız vəziyyətə salınıb.
YeniAvropa xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Laçın şəhərində keçirdiyi əməliyyat müşavirəsində deyib.
Onun sözlərinə görə, Laçın şəhəri işğal edildikdən sonra 2022-ci il 26 avqust tarixdə Azərbaycanın nəzarətinə verilənədək Ermənistanın aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılaraq məhv edilib və istismara yararsız vəziyyətə salınıb.
Qeyd olunub ki, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınıb, 8-nə isə müxtəlif həcmli zərər vurulub. Ümumilikdə 190 inzibati binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 47-nə isə müxtəlif həcmli zərər vurulub.