Laçında rayon prokurorluğunun inzibati binası istifadəyə verilib
İyunun 22-də işğaldan azad edilmiş Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, açılış mərasimində baş prokuror Kamran Əliyev, Baş prokurorluğun rəhbər heyəti, eləcə də prokurorluğun veteranları iştirak ediblər.
Tədbir iştirakçılarına məlumat verilib ki, inzibati binada prokuror, prokuror köməkçiləri və müstəntiqlər üçün otaqlar, dəftərxana və arxiv yaradılıb.
Qeyd edilib ki, bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.
Laçın rayon Prokurorluğunun yeni inzibati binasında yaradılan şəraitlə tanış olan Baş prokuror kollektivə uğurlar arzulayıb.
Baş prokuror bildirib ki, Laçın rayon Prokurorluğunun Laçın şəhərində inzibati binasının açılışı prokurorluq orqanlarının tarixində mühüm günlərdən biri olmaqla, prokurorluq işçisi kimi hər kəsi sevindirir və prokurorluq orqanlarının tarixinə qızıl hərflərlə yazılacaq.
Qeyd olunub ki, inzibati binasının açılışı edilən ilk dövlət orqanlarından biri olması, prokurorluq orqanlarının fəaliyyəti üçün yaradılmış yüksək şərait prokurorluq orqanlarının dövlət orqanları sistemində yüksək yerini göstərməklə, həm də dövlətimizin başçısı tərəfindən prokurorluğa göstərilən etimad və qayğının sübutudur.
Diqqətə çatdırılıb ki, prokurorluq orqanlarının ənənəvi tarixi fəaliyyəti, dövlət başçısının həyata keçirdikləri uğurlu daxili və xarici siyasətə sadiqliyi və bu siyasətin həyata keçirilməsinə yüksək dəstəyi əminlik yaradır ki, prokurorluq orqanları işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın rayonunda hüquq qaydasının təmin edilməsi və möhkəmləndirilməsi, insan və vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla mübarizə üzrə digər orqanlarla əlaqəli şəkildə fəaliyyətini bundan sonra da yüksək səviyyədə yerinə yetirməklə, göstərilən etimadı daha da layiqincə doğrultmağa, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən tam şəkildə gəlməyə davam edəcək.
Prokurorluq əməkdaşlarının xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq