logo

Faktiki hava: Daşkəsənə diametri 13 mm olan dolu yağıb

10:10 22-06-2023 | icon 3318
Faktiki hava: Daşkəsənə diametri 13 mm olan dolu yağıb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Göygöl, Balakən, Beyləqan, Daşkəsən, Gədəbəy, İmişli, Cəfərxan, Sabirabad rayonlarında və Abşeron yarımadasında 4 millimetrədək olub.

Leysan xarakterli yağış nəticəsində bu gün saat 08:00 radələrində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib.

İyunun 22-də saat 08:18-də Daşkəsən rayonuna diametri 13 millimetr olan dolu düşüb.

Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Görmə məsafəsi 50 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iyunun 21-də iqlim normasından 1 dərəcə aşağı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan Muxtar Respublikasında 32, dağlıq rayonlarda 15, Aran rayonlarında 31 dərəcəyədək isti təşkil edib.