İşğaldan azad edilmiş ərazilərimizdə dini abidələr, məscidlər bərpa edilir və yeniləri tikilir. Proses başa çatdıqdan sonra bərpa olunan və yeni tikilən məscidlərə din xadimlərinin, yəni ,imamların təyinatı məsələsi də həllini tapacaq.
YeniAvropa xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə müsahibəsində deyib.
Komitə sədri bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bundan sonra da məsuliyyətlə fəaliyyət göstərəcək.