logo

Mübariz Qurbanlı: Azərbaycanda 2500-ə qədər məscid var

11:55 21-06-2023 | icon 1169
Mübariz Qurbanlı: Azərbaycanda 2500-ə qədər məscid var

Din sahəsində əsas vəzifəmiz dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsinə nail olmaqdır.

YeniAvropa xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 21-də “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda səsləndirib.

Bildirilib ki, Zəfərimizdən sonra qarşıya mühüm vəzifələr qoyulub. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də üzərində vəzifələr var.

Azərbaycanda 2500-ə qədər məscidin olduğunu və onlardan 1500-nün daimi fəaliyyət göstərdiyini qeyd edən komitə sədri din adından sui-istifadə hallarının yalnız İslama aid olmadığını deyib. Qeyd edilib ki, başqa dinlərdən də sui-istifadə halları mövcuddur. Dövlətimizin qarşısında duran vəzifə Azərbaycanı bölgənin ən güclü dövlətinə çevirməkdir.