logo

Qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək

11:11 20-06-2023 | icon 2030
Qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 20-si gündüzdən 21-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək. Bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.