logo

Tatarıstanın rəhbəri  Qənirə Paşayevanı medalla təltif etdi

16:16 19-06-2023 | icon 1470
Tatarıstanın rəhbəri  Qənirə Paşayevanı medalla təltif etdi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Tatarıstan 1920-2020” yubiley medalı ilə təltif edilib.

YeniAvropa xəbər verir ki, Qənirə Paşayevaya yubiley medalını Bakıda keçirilən Sabantuy–Tatar milli bayramında Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov təqdim edib.

Tatarıstan Respublikasının rəisinə yüksək təltifə görə minnətdarlıq edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri bildirib ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində Azərbaycan və Tatarıstan liderlərinin yüksək xidmətləri bir nümunədir. “Biz sizin xidmətlərinizdən ilham alırıq. İnanırıq ki, qardaş xalqlarımız arasındakı mədəni əməkdaşlıq, ümumən bütün əməli fəaliyyətlər üzrə əlaqələr getdikcə daha da güclənəcəkdir”, - deyə Q.Paşayeva vurğulayıb.

Xatırladaq ki, Qənirə Paşayeva Azərbaycanda Tatar ədəbiyyatı, mədəniyyəti ilə bağlı bir sıra uğurlu layihələrin məsləhətçisi və uyğun nəşrlərin “Ön söz” müəllifidir.