Bu ilin ilk dörd ayında ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15 min 65 nikaha daxilolma və 6 min 920 boşanma halları qeydə alınıb.
YeniAvropa Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6-dan 4,5-ə enib, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.