Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun birgə keçirdikləri tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Sərvin Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
İyunun 18-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.