Milli Hidrometeorologiya Xidmətinin iyunun 19-u saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 35, Tovuzda 31 (aylıq normanın 55 faizi ), Cəfərxan (aylıq normanın 97 faizi), Şəkidə 25, Naftalanda 24, Sabirabadda 20 (aylıq normanın 73 faizi), Hacıqabulda 19 (aylıq normanın 98 faizi), Gəncədə 19, Göygöl, Ağdamda 18, Qusarda 13, Oğuzda 10, İmişli, Şahdağda 9, Tovuzda 7, Balakən, Biləsuvarda 6 millimetr Qəbələ, Şabran, Şirvan, Şahbuz, Daşkəsən, Şəmkirdə, Gədəbəy, Xaltan, Quba, Altıağac, Beyləqan, Şamaxı, Tərtər, Mingəçevir, Şamaxı, Qrız, Sədərək, Ceyrançöl, Ağstafa, Zaqatala, Qobustan, Bərdə, Yevlax, Zərdab, Yardımlı, Neftçalada 1-5 millimetr, Bakıda və Abşeron yarımadasında 2 millimetrədək təşkil edib.
Şimal-qərb küləyi əsib, Bərdədə 28, Goranboyda 25, Gəncədə 24, Cocuqmərcanlı, Daşkəsəndə 23, Naftalan, İsmayıllı, Göyçayda 22, Şəmkir, Oğuz, Tərtər, Bərdə, Mingəçevirdə 18, Sabirabadda 17, Naxçıvan, Göygöldə 16, Zaqatala, Şəkidə 15, Bakıda və Abşeron yarımadasında 22 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatıb.
İyunun 18-də saat 20:00 radələrində Tovuz rayonu ərazisindən axan Əsrikçaydan sel keçib. Saat 17:00-da Qubadlı rayonu ərazisinə dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan Muxtar Respublikasında 34, dağlıq rayonlarda 24, Aran rayonlarında 37 dərəcəyədək isti olub.