logo

Tovuzda leysan yağış və sel fəsadlar törədib

09:09 19-06-2023 | icon 1288
Tovuzda leysan yağış və sel fəsadlar törədib

Tovuz rayonunda güclü küləklə müşayiət olunan leysan yağışları fəsadlar törədib.

YeniAvropa xəbər verir ki, rayonun Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsində sel suları fəsadlara səbəb olub. Güclü yağış və külək bir neçə evin yardımçı tikililərinin uçmasına səbəb olub. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Sel ağacları da kökündən çıxarıb. Əhalinin təsərrüfatına ziyan dəyib. Bəzi sakinlərin ev quşları tələf olub. Evlərin zirzəmilərinə su dolub.

Kəndlərdəki su arxları daşıb. Nəticədə Qaziqulu kəndində küçə və kiçik körpülər su altında qalıb.

Qeyd edək ki, son günlərdə yağan aramsız yağışlar çaylarda da suyun səviyyəsini artırıb. Hazırda Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsində artım müşahidə edilir.