logo

Azərbaycan millisi dünya reytinq cədvəlində beşincidir

12:12 16-06-2023 | icon 2163
Azərbaycan millisi dünya reytinq cədvəlində beşincidir

Dünya Minifutbol Federasiyası (WMF) Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatından əvvəl milli komandaların reytinq cədvəlini açıqlayıb.

YeniAvropa Azərbaycan Minifutbol Federasiyasına istinadla xəbər verir ki, son Avropa çempionatının qalibi olan yığmamız yeni açıqlanan sıralamada beşinci pilləyə yüksəlib. Yığmanın aktivində 2000 xal var.

Reytinq cədvəlinə 3550 xalla son dünya çempionu Meksika başçılıq edir. Çexiya (2800) ikinci, Rumıniya (2475) isə üçüncü pillədə qərarlaşıb.