logo

Xırdalanda atraksiondan yıxılan qadın xəstəxanada ölüb

11:33 16-06-2023 | icon 1806
Xırdalanda atraksiondan yıxılan qadın xəstəxanada ölüb

İyunun 8-də Abşeron rayonunun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılıb və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Hazırda ibtidai istintaq tədbirləri davam edir.