logo

Ağdamda 4 tondan artıq çətənə kolu məhv edilib

10:30 16-06-2023 | icon 1799
Ağdamda 4 tondan artıq çətənə kolu məhv edilib

Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitən, çəkisi 4 tondan artıq olan çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.