Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Gəncə şəhərində ümumi sahəsi 170 m² olan birmərtəbəli mansarda tipli tikilinin (çörək bişirmə sexi kimi fəaliyyət göstərir) mansardasında 1 ədəd soyuducu və dam örtüyü 3 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.