logo

Baş Prokurorluq sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib

16:56 14-06-2023 | icon 2009
Baş Prokurorluq sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib

Bəzi media və sosial şəbəkə səhifələrində Xətai rayonunun Ceyhun Həsənov 81 ünvanında prokurorluq əməkdaşları üçün inşa olunmuş çoxmərtəbəli binanın infrastrukturu və saxlanması ilə bağlı müxtəlif problemlərin mövcudluğu barədə məlumatlar yayılıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluq bildirir ki, qeyd olunan bina prokurorluq işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Qayğı” Mənzil Tikinti Kooperativinin sifarişi əsasında podratçı tərəfindən inşa edilmiş və hazırda binanın saxlanması, kommunal və digər xidmətlər həmin MTK tərəfindən həyata keçirilir.

Qeyd olunan MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur.