Sumqayıtda yanğının söndürülməsinə 25 texnika,100-dən çox şəxsi heyət cəlb olunub
Etilen-Polietilen zavodunda hazırda yanan benzin çəninin içində 60 faiz məhlul var. Kürənin üst hissəsində nəfəsalma klapanlarından benzin məhsulunun parları çıxaraq alışır.
YeniAvropa xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu gün saat 11:16 radələrində Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub və yanğınsöndürmə briqadaları dərhal əraziyə cəlb edilib.
“Hazırda mütəxəssislər tərəfindən neftin çəkilməsi prosesi gedir. Çəkilmə prosesi saatda 25 tona bərabərdir. Bu proses təxminən 6-7 saat çəkəcək. Tərəfimizdən yanan çənin və qonşu çənlərin soyudulması həyata keçirilir. Çalışırıq ki, yanğın digər çənlərə yayılmasın. Yanğın ərazisində 25 əsas və xüsusi texnika fəaliyyət göstərir. 100-dən çox şəxsi heyət yanğının söndürülməsinə cəlb olunub”, - deyə o vurğulayıb.