Yaponiyanın Fukuoka şəhərində karate üzrə Premyer Liqa turnirinin üçüncü mərhələsinə yekun vurulub.
YeniAvropa xəbər verir ki, Azərbaycan təmsilçisi İrina Zaretska bürünc medal qazanıb.
Turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz üçüncü yer uğrunda görüşdə qazaxıstanlı Venera Jahibaevadan üstün olub.
Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş medalçısı turnirin Mərakeşdə təşkil olunan əvvəlki mərhələsində qızıl medal qazanıb.