logo

III Avropa Oyunları 50 ölkədə birbaşa yayımlanacaq

11:33 07-06-2023 | icon 2786
III Avropa Oyunları 50 ölkədə birbaşa yayımlanacaq

Polşada keçiriləcək III Avropa Oyunları 50 ölkədə birbaşa yayımlanacaq.

YeniAvropa xəbər verir ki, bu barədə yarışın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, siyahıda Avropa ilə yanaşı, Cənubi və Mərkəzi Amerika ölkələri də yer alıb. Danışıqlar davam etdiyi üçün siyahının daha da genişlənəcəyi gözlənilir.

Qeyd edək ki, III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşanın Krakov şəhərində təşkil olunacaq. Yarışda 48 ölkədən 7 minədək idmançı iştirak edəcək.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.