logo

Lənkəranın icra başçısının sabiq müavini həbs olunub

14:54 06-06-2023 | icon 1309
Lənkəranın icra başçısının sabiq müavini həbs olunub

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.

YeniAvropa xəbər verir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimovun idarə etdiyi avtomobil yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Onun içkili olduğu şübhəsi yarandığı üçün müvafiq müayinədən keçirilməli olduğu qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis şöbəsinə aparılıb.

Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.