"Əziz Şuşa" beynəlxalq velosiped turniri keçiriləcək
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” velosiped turniri ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən YeniAvropa-ya daxil olan məlumata görə, müraciətdə deyilir: “Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə iyunun 7-11-də "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri” keçiriləcək. Yarışa iyunun 7-də saat 10:30-da paytaxtın Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. Velosipedçilər həmin gün Lökbatan dairəsindən, Bakı Kənar Dairəvi Yoldan və DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün stasionar postundan Bakı-Şamaxı-Yevlax avtomobil yoluna keçərək birinci tura Şamaxı rayonunda yerləşən “Shamakhi Palace Sharadil” otel kompleksinin qarşısında yekun vuracaqlar.
İkinci tura iyunun 8-də Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar.
Üçüncü tura iyunun 9-da Qəbələ rayonunda start veriləcək və velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncədə tamamlayacaqlar.
Dördüncü tura iyunun 10-da Gəncədən start veriləcək. İdmançılar Gəncə-Şəmkir yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər.
Sonuncu tura iyunun 11-də Beyləqan rayonunda start veriləcək. Velosipedçilər Beyləqan-Füzuli-Xocavənd-Zəfər yolu marşrut xətti üzrə hərəkət edərək beynəlxalq turnirə Şuşa şəhərində yekun vuracaqlar. Turlar səhər saat 10:30-dan 15:00-dək davam edəcək.
Ölkəmizin tanıdılması, beynəlxalq arenada nüfuzunun daha da möhkəmləndirilməsi və işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sözügedən turnirin təhlükəsiz şəraitdə keçməsi üçün əhalidən, xüsusilə sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edir, mötəbər idman tədbirinin yüksək səviyyədə təşkilinə töhfə verməyə çağırırıq”.
Nərimanovda polis əməliyyatı:7 nəfər tutuldu
Azərbaycan daha bir neçə beynəlxalq sənədlərə qoşulur
Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
Azərbaycan-Gürcüstan müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir
Qazaxıstanın hərbi gəmiləri Bakı buxtasına yan aldılar
Xocalıda 100 hektarlıq narkotik plantasiyası aşkarlanıb
Sabah Bakıda arabir yağış yağacaq. 26° isti olacaq
UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib
“Aztelekom” Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur
Azərbaycanda 8 qadın prokuror rəhbər vəzifədə çalışır
İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var
“Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb
Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir
Azərbaycan kosmik sahəni inkişaf etdirməyə davam edəcək-Prezident
"Azercell Telecom"un dəstəklədiyi “Böyük dəbilqə” cüdo turniri başa çatıb
Prezident İlham Əliyev və xanımı Beynəlxalq Astronavtika Konqresində iştirak edir
Vaqif Xaçaturyanın cinayət işinə Hərbi Məhkəmədə baxılacaq
Lənkəranda narkotacirin evindən 8 kq heroin götürülüb
Bakı 74-cü Beynəlxalq Astronavtika Konqresiinə ev sahibliyi edir
Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub
İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib
Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir
Azərbaycan nefti 100,11 dollara satılır
"Azercell" şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində