AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda 2023-2024-cü il mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi qərara alınıb.
Bununla bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.