QHT-lərlə məşğulluq istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri arasında görüş olub.
Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentindən YeniAvropa-ya verilən məlumata görə, keçirilən görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, hər iki agentliyin aidiyyəti struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.
Agentliyin icraçı direktoru Aygün Əliyeva qurumun yaradılmasında əsas məqsədin qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi olduğunu bildirib, agentliyin cari fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. O bildirib ki, agentliyin əsas vəzifələrindən biri dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin hazırlanmasına və həyata keçirilməsinə qeyri-hökumət təşkilatlarını cəlb etmək, bu sahədə onlar üçün bərabər şərait və imkan yaratmaq, həmin layihələrin həyata keçirilməsi üçün tələb olunan vəsaitə dair tələbatı müəyyən etməkdir. Bütün bunları nəzərə alaraq agentlik dövlət orqanları ilə əməkdaşlığa böyük önəm verir.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu görüşün birgə işlərin görülməsi istiqamətində məhsuldar olacağını diqqətə çatdırıb. Agentliyinin fəaliyyəti, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmini istiqamətində görülən işlər və gələcək hədəfləri barədə məlumat verib. Sədr, agentlik olaraq qeyri-hökumət təşkilatları ilə bağlı həyata keçirilən bütün işlərə dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb. M.Abbasbəyli qeyd edib ki, vətəndaşlara göstərilən xidmətlərin çevikliyinin artırılması, şəffaflığın və operativliyin təmin edilməsi üçün məşğulluq xidmətlərinin elektronlaşdırılması əsas istiqamət olaraq müəyyən edilib və bu işlərin başlanğıcı olaraq “Əmək və Məşğulluq” Altsistemi istifadəyə verilib. Agentlik rəsmisi bildirib ki, digər elektron sistemlərin hazırlanması prosesi də davam edir.
Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqədə yer alan “Qeyri-formal məşğulluğun qarşısının alınması”, “Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğat”, “Həssas təbəqədən olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunmasına yardım göstərilməsi təşəbbüsləri” və s. mövzularda qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşün yekunu olaraq fəaliyyət istiqamətlərinə uyğun olaraq gələcəkdə birgə işlərin görülməsi, tədbirlər planının hazırlanması barədə razılığa gəlinib.
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb