Bakı metrosunda yaşıl və qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, buna səbəb yoldəyişdirici qurğuların əllə idarə olunması olub.
Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.