logo

Paytaxtda ağacları kəsən şirkət cəzalandırılıb

20:55 12-09-2022 | icon 1652
Paytaxtda ağacları kəsən şirkət cəzalandırılıb

Paytaxtın Xətai rayonu, Zığ şosesinin kənarındakı zeytunluq adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov YeniAvropa-ya bildirilib ki, həmin ünvana keçirilən baxış zamanı “Grand Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus zeytunluq ərazidəki ağacların qanunsuz kəsildiyi və sərt budandığı müəyyən edilib. Faktla bağlı “Grand Aqro” MMC barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.