Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən, soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində gecə saatlarında Bazardüzü, Şahdağ, Tufandağ ərazilərində 3500 metr yüksəkliklərə qar yağıb.