DİM magistraturaya qəbul imtahanı ilə ba]l; apellyasiya təşkil edəcək
Magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 24-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil edəcək.
DİM-dən YeniAvropa-ya bildirilib ki, Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər fevralın 22-24-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Xatırladaq ki, fevralın 20-də DİM ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı keçirib. İmtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılıb.
İmtahanda iştirak üçün 17 min 97 bakalavr ərizə təqdim edib.
Bütün binalarda eyni vaxtda başlanan imtahan 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.
Fevralın 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Azərbaycanda cari ildə 16,7 milyard m3 qaz hasil edilib
İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Biz delimitasiyasını tarixi hadisə kimi dəyərləndiririk-Ceyhun Bayramov
Azərbaycan hər zaman ATƏT-in təməl prinsiplərinə riayət edilməsinin tərəfdarı olub
ATƏT Azərbaycanla Ermənistan arasında bütün praqmatik məsələləri dəstəkləyir
Sabah Bakıda qısamüddətli yağış yağacaq, 19° isti olacaq
Vladimir Putin Nikolay Patruşevi özünə köməkçi təyin etdi
Avropa Bankı ötən il Azərbaycana 13 milyard avro sərmayə yatırıb
İlin əvvəlindən Azərbaycanda neft hasilatı 6 faiz azalıb
Bakıda “Ailə Festivalı” keçiriləcək
Göydəniz Qəhrəmanov yenidən ATAA-nın sədri seçilib
Azərbaycan dünya çempionatında 11 cüdoçu ilə təmsil olunacaq
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapura rəsmi səfərə gedib
Azərbaycan Milli QHT Forumunun qurultayı keçirilir
“Qarabağ” qadın həndbol komandası ölkə çempionu olub
Araz çayı üzərində monitorinqlər aparılır
Azərbaycandan 4 ayda 8,5 milyard m3 qaz ixrac edilib
İlham Əliyev ATƏT-in sədrini qəbul edib
Azərbaycan-Qazaxıstan futbol matçının saatı dəyişdirilib
Faktiki hava: Ölkə ərazisində şimşək çaxıb,leysan və qar yağıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycan nefti 84,48 dollara satılır
Antoni Blinken Kiyevə gəlib
Azərbaycan və Ermənistanın tezliklə sülh razılaşmasına nail olmasını dəstəkləyirik-ABŞ DD
Şuşa şəhərinə daha 38 ailə köçürülüb