Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin rejiminin qayda və tələblərinə riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ki, aparılan yoxlamalar zamanı “Turist” və “Çinar” restoranlarında qaydaların pozulduğu, yəni, məlumatların portalda qeydiyyatdan keçirilməməsi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb. “Turist” və “Çinar” restoranlarının sahibləri Vüqar Allahverdiyev və Ömər Yusifov barələrində protokol tərtib olunub. Onların hər biri dörd min məbləğində cərimələnib.