Bayram günlərində hava şəraitinin isti keçəcəyi, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38°, iyulun 20-21-də bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, respublikanın rayonlarında havanın temperaturunun 35-40° isti olacağı, iyulun 20-22-də isə bəzi Aran rayonlarında 42-44°-dək yüksələcəyi proqnozlaşdırılır.