Bakıda gənc aktrisa Lalə Süleymanova taksidə seksual qısnamaya məruz qalıb.
YeniAvropa xəbər verir ki, xanım iddia edib ki, “Bolt” taksi şirkətinin sürücüsü ona qarşı dəfələrlə əxlaqsız hərəkətlər edib.
“Sürücü tərəfindən seksual qısnamaya məruz qalmışam... Artıq qorxumdan pəncərəni açmışdım ki, nə isə olsa çığırım... Polisə şikayət etdim, sabah ərizə yazmağa gedəcəm”, - deyə xanım aktrisa qeyd edib.