Sinoptiklər Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, iyulun 14-ü axşamdan 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 10-15 metr olacağı, arabir 18-20 metrədək güclənəcəyi gözlənilir.