logo

Sabirabadda 44 yaşlı qadını zorlayanlar həbs edildilər

10:14 14-07-2021 | icon 4221
Sabirabadda 44 yaşlı qadını zorlayanlar həbs edildilər
İyunun 12-də saat 22 radələrində Sabirabad rayonunun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü Nazilə Məmmədovanın yaşadığı evdə tək olarkən həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı müraciəti əsasında Sabirabad rayon Prokurorluğunda araşdırma aparılıb.
 
 YeniAvropa xəbər verir ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.