logo

Məhkəmə Ata Abdullayevin həbs müddətini daha 3 ay uzatdı

17:27 13-07-2021 | icon 2128
Məhkəmə Ata Abdullayevin həbs müddətini daha 3 ay uzatdı
Səbail rayon Məhkəməsində Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
 
Sfera.az APA-ya istinadən xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib, A.Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
 
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
 
O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Martın 14-də Səbail rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.