MTRŞ və MEDİA televiziya sahəsində Türkiyə təcrübəsini müzakirə ediblər
İyulun 13-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində “Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda seminar keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib.Qeyd edilib ki, tədbirdə Türkiyə Respublikasında televiziya reytinqlərini öyrənən TİAK “Televizyon İzleme Araştırmaları” Anonim Şirkətinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Milli Televiziya və Radio Şurasının rəsmi nümayəndələri, ümumölkə televiziya kanallarının rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov tədbir iştirakçılarını və qonaqları salamlayıb, Azərbaycan-Türkiyə Birgə Media Platforması çərçivəsində keçirilən tədbirlərin davamı kimi bu tədbirin xüsusi önəmini vurğulayıb. O bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da audiovizual sənayenin inkişafının baza şərtlərindən biri keyfiyyətli və mötəbər televiziya izləmə reytinqlərinin ölçülməsidir. Azərbaycanda bu sahədə olan mövcud problemlərin teleradio reklam bazarının zəif inkişaf etməsinə gətirib çıxardığı vurğulanıb. Son illərdə bu sahədə inamlı addımlar atan Türkiyə teleradio sahəsi və orada mövcud reytinq ölçmə sistemi Azərbaycanda da maraqla öyrənilir. Şura sədri qeyd edib ki, TİAK nümayəndələrinin Bakı şəhərində belə bir təqdimat keçirməsi və Azərbaycanda Türkiyə təcrübəsinin müzakirəsi xüsusi əhəmiyyət daşıyır.
Sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlardan söz açıb, qardaş Türkiyənin media sahəsində atdığı uğurlu addımlarının Azərbaycanda da yaxından izlənildiyini və həmin təcrübənin öyrənilməsinin müsbət əhəmiyyətini qeyd edib.
TİAK-ın Baş direktoru Dursun Güleryüz dəvətə və tədbirin təşkilinə görə təşəkkürünü bildirib, TİAK şirkəti və onun fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra TİAK-ın Texniki komitəsinin üzvü Ogün Doğan Akyol qurumun televiziya izləmələrinin ölçülməsi sahəsindəki fəaliyyətinə həsr edilmiş geniş videotəqdimat keçirib.
Tədbirin ikinci hissəsində Türkiyə tərəfinin etdiyi təqdimat və müasir reytinq ölçmə sisteminin Azərbaycanda mümkün tətbiqi barədə geniş müzakirələr aparılıb.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb