Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.
YeniAvropa xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan görüntülər əsasında şəhər rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.
Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb.
Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.
Hazırda Şəki şəhər rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
"Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək",-deyə Mahir Məsimov bildirib.