Paytaxtda “Milli ön” ödəmə terminalından oğurluq edilib.
YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da rayon ərazisindəki mağazaların birindən 90 manat və orada quraşdırılmış “Milli ön” ödəmə terminalından 8417 manat pul oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Xəlilov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.