logo

Bu il avtoqəzalarda təqribən 300 nəfər ölüb, 700 nəfər xəsarəti alıb

15:30 12-07-2021 | icon 1806
Bu il avtoqəzalarda təqribən 300 nəfər ölüb, 700 nəfər xəsarəti alıb

Cari ilin birinci yarısında respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

YeniAvropa xəbər verir ki, cari ilin birinci yarısında baş vermiş yol-nəqliyyat hadisələri barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin verilən məlumatında bildirilib.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 4 fakt (0,5 faiz), ölənlərin sayı 35 nəfər (10,8 faiz), yaralananların sayı isə 3 nəfər (0,4 faiz) azalıb.

Müəyyən edilib ki, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 734 (97 faiz) yol-nəqliyyat hadisəsi (piyadalar tərəfindən 18 fakt, 2,4 faiz) baş verib. Bu qayda pozuntularının 302-si (39,9 faiz) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (142 ölü, 230 yaralı), 241-i (31,8 faiz) qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxma və ötmə qaydalarının (73 ölü, 236 yaralı), 72-si (9,5 faiz) yolayrıclarını keçmə qaydalarının pozulması (15 ölü, 93 yaralı), 10-u (1,3 faiz) nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi olmuşdur (5 ölü, 9 yaralı).

Qəzaların növləri içərisində piyadanı vurmaq (304 fakt, 40,2 faiz) və toqquşma (270 fakt, 35,7 faiz) əvvəllər də olduğu kimi, üstünlük təşkil edir (maneəni vurmaq 75 fakt, 9,9 faiz, 66 aşma hadisəsi - 8,7 faiz). Həlak olan 290 nəfərdən (qadınlar 53 nəfər, 7-16 yaş 26 nəfər,) 123-ü piyada, 87-i sürücü, 68-i sərnişin, 10-u velosipedçi, 2-i isə digər hərəkət iştirakçısı olub.