Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb.
YeniAvropa xəbər verir ki, 2019-cu ildə Azərbaycanda belə qadınlar tərəfindən doğulan uşaqların sayında artım müşahidə edilsə də, ötən il onların sayı yenidən azalıb.
2020-ci ildə ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar 17 714 uşaq dünyaya gətiriblər. Bu say da son 6 il üzrə ən aşağı göstəricidir. Ötən il bütün diri doğulanların 14 faizini qeyri-rəsmi nikahdan doğulan uşaqlar təşkil edib.
Son 6 ildə rəsmi nikahı olmayan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin il belə uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib.
Ümumilikdə isə nikahsız qadınların dünyaya gətirdiyi uşaqların sayı 2019-cu ildə 21 453, 2018-ci ildə 20 716, 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub.
Qeyri-rəsmi nikahdan doğulan uşaqlar daha çox kənd yerlərinin payına düşür. (bakupost.az)