logo

Beynəlxalq Bank "Şərurlu İsfəndiyar"ı məhkəməyə verdi

10:30 12-07-2021 | icon 1820
Beynəlxalq Bank "Şərurlu İsfəndiyar"ı məhkəməyə verdi

"Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov növbəti dəfə məhkəməyə verilib.

YeniAvropa xəbər verir ki, "Azərbaycan Beynəlxalq Bankı ASC" tərəfindən kredit müqaviləsi üzrə mübahisələrlə bağlı tanınmış iş adamına qarşı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.

"Şərurlu İsfəndiyar"la birlikdə İ.Abışov və "Stil Tikinti" MTK da məhkəmə prosesində cavabdeh qismində çıxış edəcək.

İşə hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.