Paytaxtda azyaşlıya qarşı soyğunçuluq edən yaxalandı
Paytaxtın Binəqədi rayonunda azyaşlıya qarşı soyğunçuluq edilib. Zərərçəkənin valideyni Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edərək bildirib ki, metronun “Azadlıq” stansiyasının yaxınlığında övladına yaxınlaşan bir nəfərin soyğunçuluq, yəni, açıq talama yolu ilə mobil telefonunu əlindən alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumat daxil olan kimi bölmənin əməkdaşları hadisəni törədən şəxsin axtarışlarına başlayıblar. Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elvin İmanov həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda saxlanılıb. O, ifadəsində hadisəni törətdiyini etiraf edib.
Saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan onun hadisə yerindən yayınması ərazidə olan müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Elvin İmanov barəsində 5-ci polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Paytaxtın Səbail rayonunda isə mobil telefon mağazasından oğurluq edən şəxs saxlanılıb. Belə ki, rayon ərazisində olan mağazalardan birinin sahibi Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxs obyektdən dəyəri 1500 manat olan mobil telefonu oğurlayıb. Həmin şəxsin mağazadan oğurluq etməsi obyektin müşahidə kameraları vasitəsilə də görüntülənib.
Oğurluq etməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Eldar Zeynalov bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda saxlanılıb. Həmin şəxs ifadəsində təkcə Səbail rayonunda deyil, paytaxtın digər rayonlarında təxminən 20-yə yaxın mağazadan mobil telefon oğurladığını bildirib. Eldar Zeynalovla bağlı araşdırmalar davam etdirilir.
Həm soyğunçuluq, həm də oğurluq edən bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, 102 Xidməti - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb