Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) 2 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hazırda axtarışlar aparılır.
İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.
Əlavə məlumat veriləcək.