logo

Gədəbəydə 63 yaşlı çobanı sel suları apardı

13:14 08-07-2021 | icon 1785
Gədəbəydə 63 yaşlı çobanı sel suları apardı

Gədəbəy rayonunda ötən axşamdan başlayan leysan yağışı selə səbəb olub.

YeniAvropa xəbər verir ki, bu barədə Gədəbəy rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, bir neçə kənd ərazisində çay daşıb, sel suları kənd yollarına, təsərrüfata, əkin sahələrinə ziyan vurub.

Bundan əlavə, sel suları ölümə də səbəb olub.

Belə ki, rayonun Moruqlu kəndində 63 yaşlı Sahib Sadıqov sel sularında boğulub. Çobanlıqla məşğul olan Sahib Sadıqovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.