logo

MTRŞ-ın elan etdiyi təhsil telekanalı  açmaq müsabiqəsində 6 iddiaçı var

19:09 07-07-2021 | icon 4844
MTRŞ-ın elan etdiyi təhsil telekanalı  açmaq müsabiqəsində 6 iddiaçı var

İxtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 2021-ci il iyunun 7-dən iyulun 7-dək Milli Televiziya və Radio Şurasının(MTRŞ) elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə MTRŞ-dan bildirilib. 

Qeyd edilib ki, müsabiqə çərçivəsində 6 iddiaçı sənədlərini Şuraya təqdim edib: “APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC və “Medical Media” MMC.

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.