Son iki ay ərzində ayrı-ayrı vətəndaşlara məxsus 18 mənzildən qaz və su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Abiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin şəxs Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı araşdırma aparılır.