logo

SOCAR-dan Daşlı adadakı palçıq vulkanı barədə məlumat-VİDEO

13:55 06-07-2021 | icon 1981
SOCAR-dan Daşlı adadakı palçıq vulkanı barədə məlumat-VİDEO
İyulun 4-də Xəzərdə baş verən partlayış barədə məlumatlar sosial şəbəkələrdə sürətlə yayıldı. 
 
YeniAvropa xəbər verir ki, partlayışın ilkin səbəbinin heç kimə məlum olmaması dənizdə, platformalarda çalışan yaxınları olan insanları daha da təlaşlandırdı. Bir sıra qurumlar təcili olaraq məsələ ilə bağlı açıqlama yayaraq insanların narahatlığına son verməyə çalışdılar. 

Bu məqamda xüsusilə SOCAR rəsmilərinin, eləcə də SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovun dərhal məsələyə müdaxilə etməsi təqdirəlayiqdir. İlkin açıqlamada məsələnin SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərindən birində baş vermədiyi bildirildi. 

Bu əhali arasında yaranan təlaşı aradan qaldırdı. Daha sonra isə aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində partlayışın palçıq vulkanın püskürməsi nəticəsində baş verdiyi məlum olub. 

Bütün bunlara rəğmən aidiyyəti qurumlarla yanaşı SOCAR da bu məsələni diqqətdə saxlayır. 

Qeyd edək ki, sözügedən palçıq vulkanı sahildən 30 km məsafədə Daşlı ada deyilən ərazidə səkkiz dəqiqəyə yaxın püskürüb. Həmin vulkan sonuncu dəfə 1945-ci ildə püskürüb.  Abşeron Arxipelaqında səkkiz belə ada var.