Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini İmran Mirzəyev müəyyən edilməmiş avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Abuzərov Bakı şəhər Baş Polis İdarəsinin və Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.