logo

“YAŞAT” Fondu daha 10 Vətən müharibəsi qazisini Türkiyəyə göndərdi

16:44 05-07-2021 | icon 2814
“YAŞAT” Fondu daha 10 Vətən müharibəsi qazisini Türkiyəyə göndərdi

Ağır yaralanan daha 10 Vətən müharibəsi qazisi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, qardaş ölkəyə müalicəyə yola salınan qazilərimiz bunlardır:Mustafayev Elşən Dilavər oğlu, Babayev Elnur Əlihüseyn oğlu, Əmirəliyev Nicat Kərəməli oğlu, Cavadzadə Fuad Sənani oğlu, Əmrahov Ruslan Rəşid oğlu, Qəhrəmanlı Yaqub Abdulla oğlu, Sadıqov Cəlal Elfaq oğlu, Şükürov Tural Vüqar oğlu, Mehtiyev Namiq Murəddin oğlu, İsubov Rəfail Bayram oğlu.

Allah qazilərə şəfa versin!

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 112 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 48-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 “Çağrı Mərkə”zi fəaliyyət göstərir.