logo

General Rövşən Əkbərovun məhkəməsi başlayır

11:01 05-07-2021 | icon 3857
General Rövşən Əkbərovun məhkəməsi başlayır
Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi məhkəmənin vaxtı məlum olub.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsindən bildirilib. Qeyd edilib ki, Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosesin hazırlıq iclası iyulun 16-a təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.