Ötən gün Xaçmaz rayonunun Nabran kəndi ərazisində iki nəfər dənizdə çimərkən boğulması haqda xəbər vermişdik.
YeniAvropa xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu dənizdə boğulanların yerini aşkar edib.
Hər iki şəxsin meyiti dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Onlar Quba rayonunun Aşağı Atuc kənd sakinləri Talıbov Naib Nadir oğlu və Hüseynov Nemət Sarvan oğludur.
Qeyd edək ki, Quba sakinləri Nabranda qeyri-çimərlik ərazi)də çımərkən dənizdə batıblar.