logo

Almaniyada soydaşımız qətlə yetirilib

09:39 05-07-2021 | icon 1505
Almaniyada soydaşımız qətlə yetirilib

Almaniyada Azərbaycan Respublikasının vətəndaşı qətlə yetirilib. 

 YeniAvropa xəbər verir ki, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinn Qreven şəhərində qeydə alınıb.

Elmir Fərzəliyev adlı Azərbaycan vətəndaşı yaşadığı yataqxanada ölü tapılıb. 

Hadisə yerinə gələn polis əməkdaşları Azərbaycan vətəndaşının qətlə yetirilməsindən şübhələniblər. Qreven şəhərində yaşayan azərbaycanlıların verdiyi məlumata görə, E.Fərzəliyevlə Əfqanıstan vətəndaşı arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Əfqanıstan vətəndaşı E.Mirzəyevi bıçaqlayıb.

Davaya müdaxilə etmək istəyən daha bir şəxs də xəsarət alıb. Fakt Qreven şəhər Polis İdarəsində araşdırılır.